...

Netanyahu ABŞ-a regionda üçtərəfli sülh planı təklif edəcək

Dünya xəbərləri Materials 24 Aprel 2009 16:34 (UTC +04:00)

İsrailin Baş naziri Benyamin Netanyahu Vaşinqtona ilk səfəri çərçivəsində ABŞ Prezidenti Barak Obamaya Yaxın Şərqdə üçtərəfli sülh planı təqdim edəcək. Bu barədə İtaliyanın AKİ agentliyi İsrailin "Haarets" qəzetinə istinadən məlumat verib.

Təklifə İranın nüvə proqramı, mülayim Ərəb dövlətləri ilə yaxınlıq və fələstinlilərlə sülh sazişinin imzalanması daxildir. 

Obama ilə görüş zamanı Netanyahu yeni İsrail hökumətinin planını təqdim etmək fikrindədir. Plana əsasən, fələstinlilər yəhudi dövlətini tanımayınca müstəqil Fələstin dövlətinin yaradılması mümkün deyil.

Netanyahu hesab edir ki, qəti razılaşma əldə etməkdən ötrü bu, fundamental tələbdir, lakin danışıqların başlaması demək deyil. Plan qəbul edilərsə, 1948-ci ildə İsrail dövləti yaranandan sonra tarixi torpaqlarını tərk etmiş bir neçə milyon qaçqınlarla bağlı fələstinlilərin tələbi "havada qalacaq".

İsrailin xarici işlər naziri Aviqdor Liberman dünən bildirib ki, fələstinlilərin geri qaytarılması müzakirə mövzusu deyil.

Netanyahu ABŞ-a getməzdən əvvəl Qərb Sahilində yəhudi yaşayış məntəqələrinin inşa olunması ilə bağlı məsələ qaldırmaq fikrindədir.

Xəbər lenti

Xəbər lenti