...

Avropada "donuz qripi"nə yoluxma üzrə ilk fakt qeydə alınıb

Dünya xəbərləri Materials 27 Aprel 2009 16:20 (UTC +04:00)
Avropada "donuz qripi"nə yoluxma üzrə ilk fakt qeydə alınıb

İspaniya Səhiyyə Nazirliyi yaxınlarda Meksikadan qayıtmış vətəndaşında "donuz qripi" diaqnozunun qoyulması faktını təsdiqləyib - bu, Avropada xəstəliyə tutulma üzrə təsdiqini tapmış ilk belə haldır. RİA Novosti xəbər verir.

EFE İspaniya xəbər agentliyi səhiyyə naziri Trinidad Ximenezin bəyanatına istinadən xəbər verir ki, söhbət bir neçə gün əvvəl Meksikadan gəlmiş və Almansa (Alikante vilayəti) şəhərində qrip simptomu ilə müayinə edilmiş gənc oğlandan gedir.

Avropa komissiyasının nümayəndəsi bir müddət əvvəl RİA Novostiyə bildirmişdi ki, Aİ ölkələrində "donuz qripi"nə tutulma faktları hələ qeydə alınmayıb.

Xəbər lenti

Xəbər lenti