...

Gürcüstan və Litva əməkdaşlıq barədə xartiya imzalayıblar

Dünya xəbərləri Materials 28 Aprel 2009 20:02 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 28 aprel / Trend , müxbir N.Kirtsxaliya /

Gürcüstanla Litva arasında əməkdaşlıq barədə xartiya rəsmiləşib. Xartiya iki ölkənin XİN rəhbərləri Qriqol Vaşadze və Viqaudas Uşaças tərəfindən Vilnüsdə imzalanıb.

Gürcüstan XİN rəhbəri Vaşadzenin mərasim bitdikdən sonra dediyinə əsasən, bu çox yaxşı düşünülmüş addımdır və tərəflər tez bir zamanda sənəddə əksini tapan məqamları həyata keçirəcəklər.

Gürcüstan XİN rəhbəri dünən Vilnüsə yola düşüb.

Xartiya imzalanmazdan əvvəl Vaşadze Litva Prezidenti Valdas Adamkusla görüş keçirib. Bu axşam Vaşadze Litva Seyminin sədri Arunas Valinsas və Baş nazir Andrius Kubiliusla görüş keçirəcək.

Bu gün Litva İncəsənət muzeyində Mixail Saakaşvilinin kitabının təqdimatı keçiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti