...

İsrail Prezidenti Barak Obama ilə bazar ertəsi görüşəcək

Dünya xəbərləri Materials 29 Aprel 2009 17:21 (UTC +04:00)

"İsrail Prezidenti Şimon Peres Ağ Evin başçısı Barak Obama ilə bazar ertəsi Vaşinqtonda görüşəcək", - İsrail qəzeti "Jerusalem Post" İsrailin ABŞ-dakı səfirliyinə istinadən xəbər verib.

Peres ictimai əlaqələr üzrə ABŞ-İsrail komitəsinin konfransında iştirak edəcək.

İsrail Prezidenti ölkəsinin Obamanın yanvar ayında prezident vəzifəsinə qədəm qoymasından sonra onunla görüş keçirəcək ilk rəsmi siyasətçisi olacaq.

Mayın ortasında İsrailin Baş naziri Benyamin Netanyahunun Obama ilə görüşü nəzərdə tutulub. Onun gedişində tərəflər Fələstin-İsrail danışıqlarının perspektivlərini müzakirə edəcəklər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti