...

İranda keçiriləck prezident seçkilərini yüzlərlə xarici media nümayəndələri işıqlandıracaq - İran rəsmisi

Dünya xəbərləri Materials 13 May 2009 16:37 (UTC +04:00)

Dünyanın tanınmış medialarının 190 xarici müxbiri İranda keçiriləcək 10-cu prezident seçkilərini işıqlandırmaq məqsədilə bizə müraciət edib", - deyə İranın Mədəniyyət və İrşad Nazirliyinin Xarici Medialar üzrə Baş İdarəsinin direktoru Möhsün Müqəddəszadə çərşənbə axşamı bildirib. Bu barədə İRNA xəbər agentliyi məlumat verib.

Onun sözlərinə görə, dünyanın 26 ölkəsindən müxtəlif telekanallar, xəbər agentlikləri, qəzetlər və jurnalların müxbirləri İrana səfər etmək istəklərini bəyan ediblər. "İranda keçiriləcək prezident seçkilərini işıqlandırmaq üçün ən çox müraciət Yaponiya, İngiltərə və ABŞ-dandır", - deyə Müqəddəszadə bildirib.

O əlavə edib ki, xarici media nümayəndələri prezident seçkiləri zamanı İrana səfər etmək üçün öz ölkələrində İranın diplomatik nümayəndəliyinə (səfirliyə) müraciət edib qanuni prosesi keçdikdən sonra İrana daxil ola bilərlər.

Müqəddəszadə bildirib ki, indiyədək olunan müraciətlərin əksəriyyətinə müsbət cavab verilib.

İranda prezident seçkiləri cari il iyunun 12-də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti