...

PKK ilə sona qədər mübarizə aparacağıq -Türkiyə Ordusunun Baş Qərargah rəisi

Dünya xəbərləri Materials 2 İyun 2009 10:49 (UTC +04:00)
PKK ilə sona qədər mübarizə aparacağıq -Türkiyə Ordusunun Baş Qərargah rəisi

Türkiyə Ordusunun Baş Qərargah rəisi Ülker Başbuğ Ankarada keçirilən Türk-Amerika İş Birliyi forumunda Türkiyə Ordusunun PKK terror təşkilatına qarşı sona qədər mübarizə aparacağını bildirib. Bu haqda Türkiyənin ANADOLU informasiya agentliyi məlumat verib.

Trend -un arayışı: PKK terror təşkilatının lideri Murat Karayılan təşkilatın Ankara ilə danışıqlara hazır olduğunu bildirib.

Karayılan Ankaranı bu fürsəti əldən verməməyə çağırıb və bu fürsət qaçırılarsa, bir daha əldə edilməyəcəyini bildirib.

Kürd Fəhlə Partiyası (PPK) Sovet İttifaqının dəstəyi ilə 70-ci illərin sonunda yaradılıb. Əvvəlcə siyasi partiya kimi tanınsa da, 80-ci illərin sonundan PKK üzvləri Türkiyə ərazisində dinc əhali və hərbi obyektlərə qarşı terror hücumları həyata keçirdilər. Dünyanın əksər ölkələrində PKK terror təşkilatı hesab edilir. Təşkilatın əsas məqsədi əsasən kürdlərin yaşadığı cənub-şərqi Türkiyədə və İraqın şimalında müstəqil kürd dövləti yaratmaqdır. Fəaliyyət mərkəzi İraqın şimalındakı Qəndil dağlarıdır. Türkiyə Hərbi Qüvvələri terrorçuların məhv edilməsi üçün bu ərazidə əməliyyatlar aparırlar. 1988-ci ildə İraqın Hələbcə şəhərinin kürd əhalisi arasında separatçı ideyalar yayılmağa başladı. Bunun qarşını almaq üçün o zamankı prezident Səddam Hüseyn Hələbcə əhalisinə qarşı kimyəvi silahdan istifadə etdi. Nəticədə bir milyon nəfərə yaxın dinc sakin həlak oldu.

"Türkiyə Ordusu PKK terror təşkilatının harada qərarlaşmasından asılı olmayaraq, terrorçularla sona qədər mübarizə aparacaq", - deyə Başbuğ bildirib.

Baş Qərargah rəisi onu da qeyd edib ki, PKK terror təşkilatının İraqın şimalındakı ərazilərdə məskunlaşması nəinki Türkiyə üçün, eyni zamanda İraqın özü üçün də təhlükəlidir.

Xəbər lenti

Xəbər lenti