...

İsrail MAQATE rəhbərini Suriyaya himayədarlıq etməkdə ittham edib

Dünya xəbərləri Materials 18 İyun 2009 17:50 (UTC +04:00)

İsrail MAQATE rəhbəri Məhəmməd əl-Baradeyini Suriyanın silah hazırlığına gətirib çıxaracaq nüvə fəaliyyətini "ört-basdır" etməkdə ittiham edir, bu barədə İsrailin "Haaretz" qəzeti xəbər verir.

MAQATE yanında İsrail nümayəndə heyətinin başçısı bəyan edib ki, əl-Baradeyi İsrail ilə əməkdaşlığı lazımsız hesab edərək, İsrailin rəsmi şəxsləri ilə görüşdən imtina edib. Bu, Suriya tərəfindən nüvə hazırlığının keçirilməsini sübut etməkdə əl-Baradeyinin heç bir marağının olmadığını göstərir. 

2007-ci ildə İsrailin hərbi hava qüvvələri Suriyanın nüvə reaktorunu məhv edib. ABŞ bu reaktorun Şimali Koreyanın köməkliyi ilə tikildiyini hesab edirdi.

Suriya məhv edilmiş nöqtənin nüvə reaktoru olduğunu təkzib edir. O təsdiq edir ki, dağıdılmış ərazidə tapılan uran oraya İsrail bomba və raketlərindən düşüb. Lakin İsrail bunu təkzib edir.

Xəbər lenti

Xəbər lenti