...

Nabiha Berri yenidən Livan parlamentinin spikeri oldu

Dünya xəbərləri Materials 25 İyun 2009 15:36 (UTC +04:00)

"Livan parlamentinin spikeri Nabiha Berri cümə axşamı parlamentdəki səslərin çoxunu toplayaraq bu vəzifəyə yenidən seçilib", - Al Jazeera saytı xəbər verib.

Livan Konstitusiyasına əsasən, parlamentin başçısı şiə müsəlman ola bilər. Berri "Amal" şiə partiyasını təmsil edir.

Qətlə yetirilmiş Baş nazir Rafik əl-Həririnin oğlu Saad əl-Həririnin rəhbərlik etdiyi "14 mart" qərbyönlü koalisiyasının qələbə qazandığı iyunun 7-dəki parlament seçkilərindən sonra, parlament fəaliyyətini dayandırıb. Gələn həftə ölkədə hökumətə seçkilər keçiriləcək. Əsas namizəd kimi hazırkı Baş nazir Fuad əs-Sinyora göstərilir.

Xəbər lenti

Xəbər lenti