...

Aİ Türkiyə üçün qapılarını açarsa, dünyanın güclü strukturuna çevriləcək - Türkiyənin xarici işlər naziri

Dünya xəbərləri Materials 8 İyul 2009 10:52 (UTC +04:00)

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib ki, Avropa Türkiyə üçün qapılarını açarsa, bu qlobal güc olacaq, Türkiyənin CİHAN agentliyi xəbər verir.

Aİ seçim qarşısındadır: ya güclü iqtisadi struktura çevrilmək, ya da Avropa ölkələrinin ümumi maraqlarını və mədəniyyətini birləşdirən yerli struktur olmaq. Aİ super gücə malik olmaq istəyirsə, qapılarını Türkiyə üçün açmalıdır.

Türkiyə və Aİ arasındakı münasibətlər və əməkdaşlıq 1964-cü ildə Ankara müqaviləsinin imzalanması ilə qurulub. Avropa İttifaqı bəyan edib ki, 2002-ci ildə onlar tərəfindən müəyyən edilən Kopenhagen şərtləri Türkiyənin üzvlük məsələsində əsasdır. Ölkə bu şərtlərə müvafiq olaraq hüquqi, siyasi və iqtisadi sahələrdə ciddi islahatlar həyata keçirib. 2005-ci ildən tərəflər Türkiyənin Aİ-yə üzv olması məsələsi üzrə rəsmi müzakirələrə başlayıb. Bəzi ekspertlər hesab edir ki, Türkiyə Yaxın Şərq və Qafqazda artan fəallıq göstərsə də, Aİ-yə daxil olmaq üçün islahatların həyata keçirilməsində durğunluq müşahidə olunur.

Xəbər lenti

Xəbər lenti