...

Türkmənistan Prezidenti qüvvələri vətəndaşların hüquq və azadlıqlarını təmin etməyə çağırıb

Dünya xəbərləri Materials 8 İyul 2009 15:38 (UTC +04:00)

Türkmənistan, Aşqabad, 08 iyul / Trend , müxbir H.Həsənov /

Türkmənistan Prezidenti Qurbanqulu Berdimuhammedov Təhlükəsizlik Şurasının iclasında qanunların aliliyininə yönəlmiş, dövlət maraqlarını, şəxsiyyətin hüquq və azadlıqlarını təmin edən səylərin gücləndirilməsinin vacibliyini qeyd edib. Bu barədə bu gün Türkmənistan KİV məlumat yayıb.

"Neytral Türkmənistan" qəzetinin yazdığına görə, dövlət başçısı həmçinin güc strukturları rəhbərlərini kadrları yalnız peşəkar hazırlıq baxımından deyil, eyni zamanda xidməti və vətəndaşlıq vəzifələrini ədəb qaydaları çərçivəsində yerinə yetirmək baxımından öyrətməyə çağırıb.      

Həm də silahlı qüvvələrin ali baş komandanı olan Berdimuhammedov müvafiq nazirliklərin hesabatını dinləyib. Müdafiə naziri müasir hərbi teknika və silahlar hesabına müdafiə qüvvələrinin gücləndirilməsi üzrə görülən tədbirlər, eləcə də müasir hərbi şəhərciyin salınması barədə hesabat verib.    

Türkmənistanın məhkəmə sisteminin təkmilləşdirilməsi məsələsi barədə Ali məhkəmənin sədri məruzə edib. Ədliyyə naziri ölkədə hüquqi islahatların həyata keçirilməsi çərçivəsində milli qanunvericilik bazasının formalaşdırılması işi barədə hesabat verib. 

Gömrük orqanlarının işnin göstəriciləri, xüsusilə Türkmənistan sərhədlərinə yük axınına dəqiq nəzarətin təşkil ediməsi barədə Dövlət Gömrük Xidmətinin sədri vəzifəsinin müvəqqəti icraçısı məlumat verib. Dövlət Miqrasiya Xidmətinin sədri onların rəhbərliyi altında olan strukturların fəaliyyəti, o cümlədən viza rejiminin həyata keçirilməsi barədə məruzə edib.  

Narkomaniyaya qarşı mübarizədə görülən tədbirlər kompleksi, o cümlədən nəzərə tutulan Milli proqram barədə Türkmənistanın Narkotiklərlə Mübarizə üzrə Dövlət Xidmətinin rəisi vəzifəsinin müvəqqəti icraçısı hesabat verib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti