...

BMT Livan üzrə beynəlxalq tribunala yeni arxivçi təyin edib

Dünya xəbərləri Materials 11 İyul 2009 14:28 (UTC +04:00)
BMT Livan üzrə beynəlxalq tribunala yeni arxivçi təyin edib

BMT-nin Baş katibi Pan Gi Mun keçmiş Yuqoslaviya məsələləri üzrə beynəlxalq məhkəmənin keçmiş işçisi Devid Tolberti Livan üzrə beynəlxalq tribunala baş arxivçi təyin edib. Bu barədə Livanın The Daily Star qəzeti yazıb.

Beynəlxalq cinayət məhkəmələrində böyük iş təcrübəsinə malik Tolbert, martda tribunalın açılışından sonra bu vəzifədə altı həftə çalışan Robin Vinsenti əvəzləyib.

Sonuncu dəfə o, BMT Baş katibinin köməkçisi və qırmızı kmerlər problemi üzrə BMT komissiyasında xüsusi məsləhətçi vəzifəsində çalışıb.

Livan üzrə beynəlxalq tribunal 2005-ci ildə yaradılıb, lakin faktiki fəaliyyətə bu ilin martından başlayıb. Tribunal Livanın keçmiş Baş naziri Rafiq əl-Həririnin qətlinin istintaqı ilə məşğul olur.

Tolbert vəzifəsinə avqustun sonunda başlayacaq. 

Xəbər lenti

Xəbər lenti