...

Türkiyə münasibətlərin normallaşdırılması məsələsində Ermənistan tərəfindən qətiyyət görmək istəyir

Dünya xəbərləri Materials 30 İyul 2009 11:29 (UTC +04:00)
Türkiyə münasibətlərin normallaşdırılması məsələsində Ermənistan tərəfindən qətiyyət görmək istəyir

Azərbaycan, Bakı, 30 iyul / Trend , müxbir A.Axundov /

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Türkiyə hökumətinin Ermənistan ilə münasibətlərin normallaşdırılmasına hazır olduğunu təsdiqləyib, Turk.net xəbər verir.

"Eyni zamanda Dağlıq Qarabağ münaqişəsinə dair də belə bir qətiyyəti beynəlxalq cəmiyyət və xüsusilə də Ermənistan tərəfindən görməyimiz vacibdir", - deyə Davudoğlu bosniyalı həmkarı Sven Alkalay ilə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.

Türkiyə və Ermənistan hələ 1993-cü ildə pozulan münasibətləri yenidən normallaşdırmağa çalışırlar. Diplomatik münasibətlərin pozulmasının səbəbləri Ermənistan tərəfindən "soyqırım" iddiasının tanınması üzrə antitürk kampaniyasının aparılması və Azərbaycanın 20% torpaqlarının işğal edilməsi ilə bağlıdır.

Xəbər lenti

Xəbər lenti