...

A/H1N1 virusuna yoluxan hər iki nəfər Bakının tibb müəssisələrində müalicə alır – Səhiyyə Nazirliyi

Dünya xəbərləri Materials 30 İyul 2009 15:49 (UTC +04:00)
Hazırda Azərbaycan Səhiyyə Nazirliyində yalnız iki A/H1N1 virusuna ("donuz qripi") yoluxma faktı qeydə alınıb.
A/H1N1 virusuna yoluxan hər iki nəfər Bakının tibb müəssisələrində müalicə alır – Səhiyyə Nazirliyi

Azərbaycan, Bakı, 30 iyul / Trend , müxbir Ü.İsmayılova /

Hazırda Azərbaycan Səhiyyə Nazirliyində yalnız iki A/H1N1 virusuna ("donuz qripi") yoluxma faktı qeydə alınıb. Bu barədə cümə axşamı Səhiyyə Nazirliyi yanında Sanitar-epidemioloji nəzarətin rəhbəri Viktor Qasımov deyib.

"Yoluxanlardan biri tibb müəssisəsinə özü müraciət edib, digər xəstə isə Bakı Beynəlxalq hava limanının nəzarət-buraxılış məntəqəsində keçid zamanı müəyyən olunub", - nazirliyin nümayəndəsi deyib.

Xəstələrdən biri Ağciyər Xəstəlikləri İnstitutunda, digəri isə 7 saylı uşaq yoluxucu xəstəxanasında müalicə olunur.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada təxminən 170 min "donuz qripi"nə yoluxma faktı qeydə alınıb. Onlardan təxminən 1000-i ölümlə nəticələnib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti