...

Aİ fələstinli ailələrin şərqi Qüdsdən köçürülməsindən narazıdır

Dünya xəbərləri Materials 3 Avqust 2009 19:40 (UTC +04:00)
"Avropa İttifaqı (Aİ) İsrail ordusunun fələstinli ailələrin şərqi Qüdsdən köçürülməsi tədbirlərini görməsindən narazılıq və narahatlığını bildirib", - Aİ nümayəndəliyinin saytındakı məlumatda deyilir.
Aİ fələstinli ailələrin şərqi Qüdsdən köçürülməsindən narazıdır

"Avropa İttifaqı (Aİ) İsrail ordusunun fələstinli ailələrin şərqi Qüdsdən köçürülməsi tədbirlərini görməsindən narazılıq və narahatlığını bildirib", - Aİ nümayəndəliyinin saytındakı məlumatda deyilir.

Bazar günü iki fələstinli ailə şərqi Qüdsdəki Şeyx Cərah rayonundan polis tərəfindən çıxarılıb.

Aİ evlərin tikintisi və fələstinli ailələrin köçürülüməsi, həmçinin yəhudi kəndlərinin qeyri-qanuni hərəkətlərlə genişləndirilməsini beynəlxalq qanuna zidd adlandırıb. Bununla yanaşı, İsrail hökümətinin addımları beynəlxalq cəmiyyətin çoxsaylı, o cümlədən Yaxın Şərq kvartetinin şərqi Qüdsdə zorakılıq provokasiyasına imkan verməmək çağırışlarına ziddiyyət təşkil edir.

İsrail höküməti ABŞ və Aİ-nin çoxsaylı çağırışlarına baxmayaraq, hazırda sayı 121 və 300 minə yaxın əhalisi olan yəhudi kəndlərinin tikintisini dayandırmaqdan imtina edib. Fələstin Administrasiyası isə İsrailin bu siyasətindən əl çəkməyənə qədər danışıqları bərpa etməyəcəyini bəyan edib. İyul ayında Aİ-nin xarici siyasət üzrə ali komissarı Havyer Solana da sülh prosesinə mane olan kəndlərin tikintisinin davam etdirilməsi və Qərb sahilindəki NBM-in bağlanması ilə bağlı olaraq İsrailin ünvanına narazılığını bildirib.

Xəbər lenti

Xəbər lenti