...

FƏTH Yasir Ərəfatın ölüm səbəblərini araşdırmayacaq

Dünya xəbərləri Materials 4 Avqust 2009 20:51 (UTC +04:00)

"Fələstin Milli Administrasiyası (FA) və Azadlıq Təşkilatı (FAT) FA-nın sabiq başçısı və prezidenti Yasir Ərəfatın ölüm səbəblərini araşdırmayacaq", - FA başçısı Mahmud Abbas, Fələstin Azadlıq Təşkilatının çərşənbə axşamı Vifleyemdə başlayan altıncı konfransında deyib. BU barədə Al Jazeera telekanalı məlumat verib.

"Biz "inqilabçılara" (Qəzza Zolağında) Yasir Ərəfatın ölüm səbəblərini araşdırmağa icazə verməyəcəyik. FA ölüm səbəbini müəyyən etmək üçün bütün ərəb ölkələri ilə əlaqələr və tədbirlər həyata keçirib", - Abbas bildirib.

Bir müddət əvvəl FƏTH MK-nın baş katibi Faruq Kəddumi Əmmanda mətbuat konfransı keçirərək bildirib ki, Ərəfatı "sui-qəsd nəticəsində" zəhərləyiblər. Bu sui-qəsdin iştirakçıları sırasında o, Mahmud Abbas və preventiv təhlükəsizlik xidmətinin sabiq rəhbəri Muhəmməd Dəhlanın adını çəkib. Al Jazeera kanalı vasitəsilə o, Abbas və Dəhlanın İsrail rəhbərliyi və MTİ arasında guya baş tutmuş görüşü barədə "sirli qətnamə"ni də nümayiş etdirib. Buna cavab olaraq Abbas radikal rəqibini bu "yalançı sənədi" FƏTH-in altıncı qurultayının keçirilməsinə mane olmaq üçün açıqlamaqda ittiham edib və Kəddumini böhtana görə məsuliyyətə cəlb etməyə söz verib.

FƏTH liderləri bu konfransda FAT-ın proqramını yeniləməli olan yeni platformanı qəbul etmək niyyətindədirlər. Yeni proqrama Qərb Sahilində yəhudi kəndlərinin tikintisinin dayandırılması tələbinin İsraillə danışıqlara başlamaq üçün ən böyük tələb kimi daxil edilməsi gözlənilir.

Altıncı konfransda FƏTH-in bütün dünyadan gəlmiş 2000-dən çox nümayəndəsi iştirak edir. Ancaq Qəzza Zolağına nəzarət edən Fələstinin HƏMAS hərəkatı FƏTH üzvlərini konfransda iştirak üçün Vifleyemə buraxmaqdan imtina edib.

Xəbər lenti

Xəbər lenti