...

Sülhün olmaması Yaxın Şərqi nüvə regionuna çevirəcək – İsrail Prezidenti

Dünya xəbərləri Materials 5 Avqust 2009 16:55 (UTC +04:00)

Əgər Yaxın Şərqdə sülhə nail olmaq şansları əldən çıxsa, o zaman region nəzarətsiz nüvə zonasına çevriləcək və bunu geri qaytarmaq mümkün olmayacaq. İsrail Prezidenti Şimon Peres çərşənbə axşamı amerikalı konqresmenlərlə görüş zamanı bildirib. Məlumatı İsrail qəzeti "Haaretz" yazır.

Peres konqresmenlərdən ibarət nümayəndə heyətinin başçısı, respublikaçı Erik Kantora müraciətində bildirib ki, dünya ölkələri nüvə silahının istehsalında İrana mane olmalıdırlar.

Peresin sözlərinə görə, İsrail iki sual arasında qalıb: sülhü necə əldə etmək və sülh əldə olunmazsa, nə baş verəcək.

Bazar ertəsi "The Times of London" qəzeti bildirib ki, İran artıq nüvə silahının istehsalı üçün gərəkli texnologiyaya malikdir və əgər ali lider buna icazə versə, İran 12 ay ərzində onu əldə edə bilər.

Xəbər lenti

Xəbər lenti