...

İran diplomatlarımızın toxunulmazlığına dair dəfələrlə zəmanət vermişdi - Britaniyanın XİN rəsmisi

Dünya xəbərləri Materials 12 Avqust 2009 09:00 (UTC +04:00)
Britaniya Xarici İşlər Nazirliyinin rəsmisi bildirib ki, Britaniyanın Tehrandakı səfirliyinin əməkdaşının məhkəməyə verilməsi "təəssüfləndirici" bir addımdır.
İran diplomatlarımızın toxunulmazlığına dair dəfələrlə zəmanət vermişdi - Britaniyanın XİN rəsmisi

Azərbaycan, Bakı, 11 avqust / Trend , müxbir T.Konyayeva /

Britaniya Xarici İşlər Nazirliyinin rəsmisi bildirib ki, Britaniyanın İrandakı səfirliyinin əməkdaşının məhkəməyə verilməsi "təəssüfləndirici" bir addımdır.
Britaniyanın Tehrandakı səfirliyinin baş şərhçisi Hüseyn Rəssam şənbə günü keçirilən məhkəmədə bildirib ki, "səfirlik rəsmilərinin tapşırığı ilə ölkədə nüfuzlu şəxslər və partiya rəhbərlərilə əlaqə yaratmaq", "ölkədəki iğtişaşları qızışdırmaq" və məhkəmədə səslənən digər ittihamları qəbul edir. Baş Prokurorluq onu "casusluqda" ittiham edib.
Britaniya Xarici İşlər Nazirliyi məhkəməyə prosesinə reaksiya olaraq yaydığı bəyanatda bildirib ki, xarici diplomatların həbsi İranda ədliyyə sisteminin nüfuzuna xələl gətirir. Britaniya İranda diplomatların həbs olunaraq məhkəməyə cəlb edilməsini pisləyərək, "təəccübləndiyini" bildirib.
Adının açıqlanmasını istəməyən Britaniyanın XİN rəsmisi çərşənbə axşamı Trend -a elektron poçt vasitəsilə bildirib ki, rəsmi Tehran Britaniya diplomatlarının toxunulmazlığına dair "dəfələrlə" zəmanət versə də, verdiyi vədə xilaf çıxıb.
"İran Britaniya səfirliyində işləyən əməkdaşın toxunulmazlığı ilə bağlı Londona heç bir zəmanət verməyib", - deyə İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Həsən Qəşqavi bildirib.
Mehr Agentliyinin avqustun 10-da yaydığı məlumata əsasən, Qəşqavi mətbuat konfransında bildirib ki, Avropa Birliyinin İranda qanunsuzluqlar və "iğtişaşlar" törətməkdə ittiham olunan Britaniya səfirliyinin əməkdaşı ilə bağlı keçirilən məhkəməni pisləməsinin heç bir hüquqi dəyəri yoxdur.
Britaniyanın XİN rəsmisi bildirib ki, Rəssamın həbsdə ən adi insan haqları pozulub, eləcə də məhkəmə proseslərində qanuni prinsiplərə riayət olunmayıb.
O bildirib ki, hazırda Britaniyanın Tehrandakı səfirliyi əməkdaşının məhkəmə prosesi ilə bağlı rəsmi Tehrana vəziyyətin aydınlaşdırılması tələbi ilə müraciət edib. "Britaniya İran məhkəməsinin beynəlxalq qanunları kobud şəkildə pozmasına qarşı tez bir zamanda müvafiq addımlar atacaq", - britaniyalı diplomat deyib. O, hansı addımların atılacağı barədə konkret məlumat verməyib.

Xəbər lenti

Xəbər lenti