...

Suriya İsrail ilə danışıqların bərpasında maraqlıdır - Aİ-nin ali komissarı

Dünya xəbərləri Materials 31 Avqust 2009 16:47 (UTC +04:00)
Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali komissarı Havyer Solana İsrail Prezidenti Şimon Pereslə görüş zamanı Suriyanın İsraillə danışıqları bərpa etməkdə maraqlı olduğunu bildirib.
Suriya İsrail ilə danışıqların bərpasında maraqlıdır - Aİ-nin ali komissarı

Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali komissarı Havyer Solana İsrail Prezidenti Şimon Pereslə görüş zamanı Suriyanın İsraillə danışıqları bərpa etməkdə maraqlı olduğunu bildirib. Bu barədə İsrailin Ynet News agentliyi xəbər verib.

Ali komissar İsrailə Suriyadan gəlib. O, Suriyada Prezident Bəşşar əl-Əsədlə danışıqlar aparıb.

İsrail Prezidenti Dəməşqin ilkin şərtlər irəli sürməyəcəyi təqdirdə Suriya ilə danışıqlara hazır olduğunu bildirib.

Suriya İsraildən Altıgünlük müharibə dövründə işğal edilən Colan yüksəkliklərini qaytarmağı tələb edir. Dəməşq bunun əvəzində İsraillə sülh dialoquna hazırdır.

Lakin İsrailin xarici işlər naziri Aviqdor Liberman bəyan edib ki, Suriyanın Colan yüksəkliklərinin qaytarılması mümkün deyil, belə ki, bu ölkənin təhlükəsizliyinə zərbə vura bilər.

Türkiyənin vasitəçilik etdiyi Suriya-İsrail danışıqları ikincinin 2008-ci ilin dekabr ayı - 2009-cu il yanvar ayının əvvəlində Qəzza sektorunda hərbi əməliyyatlarından sonra dayandırılıb.

Xəbər lenti

Xəbər lenti