...

Türkiyə-ABŞ parlamentlərarası dostluq qrupu Ankaraya "Türkiyə-Ermənistan əlaqələrinin normallaşmasını dəstəkləyin" başlığı altında məktub göndərib

Dünya xəbərləri Materials 24 Sentyabr 2009 13:24 (UTC +04:00)
Türkiyə-ABŞ parlamentlərarası dostluq qrupunun başçısı Robert Veksler ( Robert Wexler ) Türkiyə parlamentinə “Türkiyə Ermənistan əlaqələrinin normallaşmasını dəstəkləyin” başlığı altında məktub göndərib.
Türkiyə-ABŞ parlamentlərarası dostluq qrupu Ankaraya "Türkiyə-Ermənistan əlaqələrinin normallaşmasını dəstəkləyin" başlığı altında məktub göndərib

Türkiyə-ABŞ parlamentlərarası dostluq qrupunun başçısı Robert Veksler ( Robert Wexler ) Türkiyə parlamentinə "Türkiyə Ermənistan əlaqələrinin normallaşmasını dəstəkləyin" başlığı altında məktub göndərib. Bu haqda Türkiyənin ANADOLU informasiya agentliyi məlumat verib.

Trend -un arayışı: Avqust ayında Türkiyə XİN-dən bildirilib ki, Ermənistanla İsveçrənin vasitəçiliyi ilə aparılan danışıqlarda "Diplomatik münasibətlərin qurulması barədə Protokol" və "İkitərəfli münasibətlərin inkişafı üzrə Protokol"a dair "daxili siyasi məsləhətləşmələr"ə başlanılması barədə razılaşma əldə olunub. Siyasi məsləhətləşmələrin altı həftə ərzində tamamlanması planlaşdırılır, bunun ardınca isə iki protokol imzalanacaq və təsdiqlənməsi üçün hər iki ölkə parlamentinə təqdim ediləcək. Bu barədə Türkiyə XİN-in məlumatında deyilir. "Türkiyə hazırda qonşu Ermənistanla sərhədlərin açılmasını planlaşdırmır", - Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib. Türkiyə və Ermənistan arasında diplomatik münasibətlər mövcud deyil, iki ölkə arasında sərhədlər 1993-cü ildən bağlıdır.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparır. Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasında çıxışı zamanı Türkiyə və Ermənistan arasında avqustun 31-də İsveçrənin vasitəsilə imzalanan protokolun 10-11 oktyabrda parlamentlə müzakirə olunacağını bildirib.

Türkiyə parlamentinə ünvanlanan məktubda Ankra - Yerevan münasibətlərinin inkişafında ABŞ Prezidenti Barak Obamanın səylərinə də dəstək verildiyi bildirilib.

Veksler altı həftəlik müzakirələrdən sonra Ankara - Yerevan protokolunun Türkiyə parlamentində təsdiq ediləcəyinə ümidvar olduğunu bildirib.

"Ümidvaram ki, bu protokolun parlamentdə müzakirəsindən sonra Türkiyə-Ermənistan sərhədləri açılacaq", - deyə Veksler bildirb.

Xəbər lenti

Xəbər lenti