...

Türkiyə Fələstin-İsrail danışıqlarına yenidən başlamağa çağırır

Dünya xəbərləri Materials 25 Sentyabr 2009 13:02 (UTC +04:00)
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan cümə axşamı BMT Baş Assambleyasının 64-cü sessiyasında tribunadan çıxış edərkən İsrail və Fələstini Qəzzadakı münaqişədən sonra dayandırılmış danışıqlara yenidən başlamağa çağırıb, Türkiyənin Cihan İnformasiya Agentliyi xəbər verir.
Türkiyə Fələstin-İsrail danışıqlarına yenidən başlamağa çağırır

Azərbaycan, Bakı, 25 sentyabr / Trend , müxbir A.Axundov/

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan cümə axşamı BMT Baş Assambleyasının 64-cü sessiyasında tribunadan çıxış edərkən İsrail və Fələstini Qəzzadakı münaqişədən sonra dayandırılmış danışıqlara yenidən başlamağa çağırıb, Türkiyənin Cihan İnformasiya Agentliyi xəbər verir.

"İnanırıq ki, Qəzzadakı münaqişə nəticəsində dayandırılmış Fələstin-İsrail danışıqlarının yenidən başlaması sülh prosesinin yenidən başlayacağına ümid verəcək", - o deyib.

Onun sözlərinə görə, İsrail qoşunlarının ilin əvvəlində Qəzza ərazisindən raket hücumlarının qarşısını almaq məqsədilə Fələstinə daxil olması insanlığın faciəsinə çevrildi.

"Qəzzada baş verən faciənin dərhal dayandırılması və regionda davamlı sülh atmosferinin yaradılması bizim ümumi insani və mənəvi borcumuzdur", - Türkiyənin Baş naziri deyib.

Xəbər lenti

Xəbər lenti