...

Türkiyə hökuməti milli ordunun İraqın şimalında qalma vaxtını uzadıb

Dünya xəbərləri Materials 30 Sentyabr 2009 18:52 (UTC +04:00)

Türkiyə hökuməti terror təşkilatlarına qarşı mübarizə məqsədi ilə milli ordunun İraqın şimalı ilə sərhəddə qalma vaxtını uzadıb. Məlumatı Anadolu agentliyi yayıb.

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan ordunun Kürd Fəhlə Partiyası (PKK) terrorçularının basqınının qarşısını almaq məqsədi ilə Şimali İraq ilə sərhəddə qalma vaxtının uzadılması barədə sənəd imzalayıb.

"İraqın ərazi bütövlüyü Türkiyə üçün çox əhəmiyyətlidir, - Ərdoğan deyib. - Türkiyə İraqın şimalında PKK terrorçularının məhv edilməsinə, hərbi əməliyyatlar yolu ilə və siyasi, diplomatik müdaxilə etməklə terror hücumuna son qoymağa səy göstərir".

Hər il Türkiyə hökuməti və parlamenti PKK terrorçularının hərbi bazasının yerləşdiyi Şimali İraqda türk ordusunun qalma müddətinin uzadılmasını təsdiq edir.

"Parlamentdə bu məsələ ilə bağlı səsvermə oktyabrın 1-də olacaq", - Türkiyə hökumətinin mətbuat katibi Cəmil Çiçək bu barədə deyib.

2007-ci ilin oktyabrında başlayan hərbi əməliyyatlarda PKK-nın yüzlərlə terrorçusu məhv edilib. ABŞ PKK-nı terrorçu təşkilatlar siyahısına daxil edib və Türkiyəni hava hücumunun sayını azaltmağa çağırıb.

Xəbər lenti

Xəbər lenti