...

Türkiyə Ermənistan ilə münasibətlərin normallaşdırılması və Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində nikbindir – xarici işlər naziri

Dünya xəbərləri Materials 3 Oktyabr 2009 12:36 (UTC +04:00)
Türkiyə Ermənistan ilə münasibətlərin normallaşdırılması və Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində nikbindir. Bu barədə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Avropa Komissiyasının sədri Joze Manuel Barrozu, İsveçin xarici işlər naziri Karl Bildt və Avropa Komissiyasının Aİ-nin genişləndirilməsi üzrə məsul üzvü Olli Ren ilə görüşdən sonra cümə günü Brüsseldə keçirilən mətbuat konfransında bildirib.
Türkiyə Ermənistan ilə münasibətlərin normallaşdırılması və Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində nikbindir – xarici işlər naziri

Azərbaycan, Bakı, 03 oktyabr / Trend /

Türkiyə Ermənistan ilə münasibətlərin normallaşdırılması və Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində nikbindir. Bu barədə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Avropa Komissiyasının sədri Joze Manuel Barrozu, İsveçin xarici işlər naziri Karl Bildt və Avropa Komissiyasının Aİ-nin genişləndirilməsi üzrə məsul üzvü Olli Ren ilə görüşdən sonra cümə günü Brüsseldə keçirilən mətbuat konfransında bildirib.

"Nabukko" layihəsi vasitəsilə Aİ ilə enerji sahəsində həyata keçirilən əməkdaşlığı Türkiyənin xarici işlər naziri "ölkənin Avropa İttifaqına tam inteqrasiyası kimi" qiymətləndirib. 

Mətbuat konfransında iştirak edən Olli Ren bildirib ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması regionda stabilliyin bərqərar olması üçün dönüş nöqtəsi olacaq.

Türkiyənin Aİ-ə daxil olması məsələsinə gəldikdə isə Ren deyib ki, Brüssel namizəd ölkələr üçün Aİ-yə qoşulmağın konkret müddətini müəyyən etmir, belə ki, onların üzv olmaq üçün müəyyən edilən bütün şərtləri nə vaxt yerinə yetirəcəyini qabaqcadan bilmək mümkün deyil.

Renin bəyan etdiyi kimi, Türkiyənin Aİ-yə daxil olması prosesini tezləşdirmək üçün İstanbul ən əsası insan hüquqlarının gözlənilməsi, həmçinin KİV-nin azadlığının təmin edilməsi sahəsində bütün problemlərin həlli üçün tədbirlər görməlidir. 

Xəbər lenti

Xəbər lenti