...

İstanbulda nümayiş zamanı 100 nəfər həbs olunub (ƏLAVƏ OLUNUB-2)

Dünya xəbərləri Materials 6 Oktyabr 2009 15:04 (UTC +04:00)
İstanbul polisi bu gün Taksim meydanında Beynəlxalq Valyuta Fondu və Dünya Bankı əleyhinə keçirilən aksiyaya müxadilə edərək nümayişçilərdən 100 nəfəri həbs edib.
İstanbulda nümayiş zamanı 100 nəfər həbs olunub (ƏLAVƏ OLUNUB-2)

İstanbul polisi bu gün Taksim meydanında Beynəlxalq Valyuta Fondu və Dünya Bankı əleyhinə keçirilən aksiyaya müxadilə edərək nümayişçilərdən 100 nəfəri həbs edib. Bu haqda Türkiyənin CNN Türk telekanalı məlumat verib.

Yüzlərlə nümayişçi Taksim meydanına toplaşaraq Beynəlxalq Valyuta Fondu və Dünya Bankı əleyhinə şüarlar səsləndiriblər. Bəzi nümayişçilərin mağazaların vitrinlərinə və avtomaşınlara daş və yandırıcı maddələr tamasından sonra İstanbul polisi aksiyaya müdaxilə edib.

Xəbər lenti

Xəbər lenti