...

Rəfsəncani ABŞ-ı siyasətini dəyişməyə çağırır

Dünya xəbərləri Materials 8 Oktyabr 2009 13:10 (UTC +04:00)
Press TV-nin verdiyi məlumata görə, İranın Məsləhət Şurasının rəhbəri hesab edir ki, Tehranla Vaşinqton arasında münasibətlərdə müsbət irəliləyiş görmək üçün ABŞ Prezidenti özünün "dəyişmələr haqqında" şüarını həyata keçirməlidir.
Rəfsəncani ABŞ-ı siyasətini dəyişməyə çağırır

Press TV-nin verdiyi məlumata görə, İranın Məsləhət Şurasının rəhbəri hesab edir ki, Tehranla Vaşinqton arasında münasibətlərdə müsbət irəliləyiş görmək üçün ABŞ Prezidenti özünün "dəyişmələr haqqında" şüarını həyata keçirməlidir.

İranın Məsləhət Şurasının rəhbəri ayətulla Əli Əkbər Haşimi Rəfsəncani İsveçrənin Tehrandakı səfiri Livi Leu Aqosti ilə görüşü zamanı deyib ki, ABŞ Prezidenti Barak Obama dəyişiklik haqqında verdiyi vədlərinə görə seçilib.

O əlavə edib ki, bir çoxları yeni prezidentin ABŞ siyasətində inqilab edəcəyini gözləyirdi, amma o, hələ ümidləri doğrultmayıb.

Rəfsəncani oktyabrın 1-də İranla BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü (İngiltərə, Çin, Fransa, Rusiya, ABŞ) və Almaniya ilə görüşün keçirilməsi üçün İranda ABŞ maraqlarını qoruyan İsveçrəyə təşəkkürünü bildirib.

Rəfsəncani ümidvar olduğunu bildirib ki, "altılıq" gələcək danışıqlarda müsbət mövqe tutacaq.

Aqosti rəsmi Bernin Tehranla Vaşinqton arasında etibarın möhkəmlənməsinə səbəb ola biləcək potensialına işarə edərək, İranla "altılıq" ölkələri arasındakı gələcək danışıqların müsbət əməkdaşlığa gətirib çıxaracağına ümid etdiyini bildirib.

Xəbər lenti

Xəbər lenti