Sürixdə Türkiyə İlə Ermənistan arasında imzalanması gözlənilən Ankara - Yerevan protokolunun təxirə salınmasından sonra ABŞ dövlət katibi Hillari Klinton və Ermənistan XİN rəhbəri Edvard Nalbandyan 15 dəqiqə müddətinə görüşüblər. Bu haqda Türkiyənin TRT2 telekanalı məlumat verib.
Ermənistanın imzalanması gözlənilən Ankara - Yerevan protokoluna dəyişiklik etmək istəyinədən sonra Türkiyə tərəfi ABŞ - lı həmkarlarına protokolun yeni variantını təqdim edib. Bu haqda Türkiyənin CNN Türk telekanalı məlumat verib.ABŞ dövlət departamentinin veridiyi açıqlamaya görə, imzalama mərasiminin təxirə salınmasına baxmayaraq, imzalanma baş tutacaq.