...

Azərbaycan əraziləri işğaldan azad edilməlidir - Türkiyənin XİN rəhbəri

Dünya xəbərləri Materials 11 Oktyabr 2009 14:50 (UTC +04:00)

Türkiyənin XİN rəhbəri Ahmet Davudoğlu ölkənin TRT1 telekanlına verdiyi açıqlamada işğalda olan Azərbaycan ərazilərinin azad edilməsinin vacib olduğunu bildirib.

"Dağlıq Qarabağ daxil olmaqla işğal olunan bütün Azərbaycan əraziləri işğaldan azad edilməlidir"- deyə Davudoğu bildirib.

XİN rəhbəri qeyd edib ki, Türkiyə hər zaman Azərbaycanın yanında olub , və bundan sonra da Azərbaycanı dəstəkləyərək Bakının maraqlarına zidd addım atmayacaq.

Davudoğlu onu da qeyd edib ki, Sürixdə Ankara - Yerevan protokolunun imzalanmasında  gecikmə olsa da sonda protokol imzalandı.

XİN rəhbəri onu da qeyd edib ki, Ankara - Yerevan protokolu Türkuiyənin sülh layihəsidir.

Davudoğlunun sözlərinə görə, Türkiyə parlamneti Ankara - Yerevan protokolunu təsdiq edərsə , bu Türkiyə - Ermənistan diplomatik əlaqələrinin başlanğıcı olacaq.

" Türkiyə - Ermənistan sərhədləri 1993-cu ilə qədər açıq idi. Sərhədlərin bağlanmasına səbəb isə Azərbaycan ərazilərinin işğalı olub" - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti