...

Seneqal Prezidenti İrana səfər edib

Dünya xəbərləri Materials 17 Oktyabr 2009 12:29 (UTC +04:00)
Seneqal Prezidenti Abdullah Vad bu gün səhər İrana səfər edib.
Seneqal Prezidenti İrana səfər edib

Seneqal Prezidenti Abdullah Vad bu gün səhər İrana səfər edib. Bu barədə İranın MEHR xəbər agentliyi məlumat yayıb. Bu, Vadın İrana dördüncü rəsmi səfəridir.

Bir günlük səfər zamanı Seneqal Prezidenti iranlı həmkarı Mahmud Əhmədinejad ilə ikitərəfli əlaqələrin inkişafı, regional və beynəlxalq məsələlər haqda müzakirələr aparacaq.

Vad hazırda İslam Konfransı Təşkilatının sədridir.

Vad İrana səfərdən öncə Bəhreynə səfər edib, İrandan isə Fransaya səfər edəcək.

Xəbər lenti

Xəbər lenti