...

İranda "Sərmayə" qəzeti bağlanıb

Dünya xəbərləri Materials 2 Noyabr 2009 16:50 (UTC +04:00)
Noyabrın 2-də İranın İrşad və Mədəniyyət Nazirliyinin mətbuata nəzarət heyəti "Sərmayə" qəzetinin bağlanması barədə qərar verib.
İranda "Sərmayə" qəzeti bağlanıb

Noyabrın 2-də İranın İrşad və Mədəniyyət Nazirliyinin mətbuata nəzarət heyəti "Sərmayə" qəzetinin bağlanması barədə qərar verib. Məlumatı İranın İRNA xəbər agentliyi yayıb.

Məlumatda bildirilir ki, "Sərmayə" qəzeti "Mətbuat haqqında" qanunun 11-ci maddəsinin 13-cü bəndinə müvafiq olaraq, həmin qanunun 9-cu maddəsini dəfərlərlə pozduğuna görə bağlanıb.

Qəzetin baş redaktoru Hüseyn Əbdə Təbrizidir. Məlumatda həmçinin bildirilir ki, "Sərmayə" qəzeti bundan öncə dəfələrlə mətbuata nəzarət heyətindən yazılı şəkildə xəbərdarlıq alıb.

Xəbər lenti

Xəbər lenti