...

İran xalqı ABŞ-ın yalançı barışdırıcılıq siyasətinə aldanmayacaq - İranın ali lideri

Dünya xəbərləri Materials 3 Noyabr 2009 16:55 (UTC +04:00)
İranın ali lideri Ayətullah Əli Xamneyi çərşənbə axşamı iranlı tələbə və şagirdlərlə görüşündə bildirib ki, Birləşmiş Ştatlar öz hegemonluğundan və hədələrindən əl çəkməyənədək İran xalqı ABŞ dövlətinin yalançı barışdırıcılıq siyasətinə aldanmayacaq.
İran xalqı ABŞ-ın yalançı barışdırıcılıq siyasətinə aldanmayacaq - İranın ali lideri

İranın ali lideri Ayətullah Əli Xamneyi çərşənbə axşamı iranlı tələbə və şagirdlərlə görüşündə bildirib ki, Birləşmiş Ştatlar öz hegemonluğundan və hədələrindən əl çəkməyənədək İran xalqı ABŞ dövlətinin yalançı barışdırıcılıq siyasətinə aldanmayacaq. Məlumatı MEHR xəbər agentliyi yayıb.

Xamneyi həmçinin qeyd edib ki, İran xalqı heç bir zaman öz müstəqilliyindən, azadlığından və milli mənafeyindən geri çəkilməyəcək.

"ABŞ İran xalqının əleyhinə nə bacarırdısa, onu da edib. Amerikalıların "yalançı təbəssüm"lərinin arxasında həmişə "xəncər olub" və onların əsas məqsədi heç vaxt dəyişməyib", - Xamneyi deyib.

"İran ABŞ Prezidentinin "dəyişiklik" şüarına qabaqcadan münasibət bildirmədi və gözlədi ki, bu şüar əməldə göstərilsin, lakin bu müddət ərzində əməldə heç bir dəyişiklik olmayıb və verilən vədlərin əksi baş verib", - Ayətullah Xamneyi Barak Obamanın "dəyişiklik" şüarına münasibət bildirərək deyib.

Ali lider əlavə edib ki, ABŞ öz hegemonluğundan və başqa xalqların daxili məsələlərinə müdaxilədən əl çəkərsə, bizim üçün digər ölkələr kimi olacaq, lakin öz maraqları uğrunda İran xalqını sıxışdırmaq istəsə, heç vaxt bu xalqı geri çəkilməyə məcbur edə bilməyəcək.

Xəbər lenti

Xəbər lenti