Ötən gün Təbriz şəhər bazarında yanğın baş verib. Bu barədə İranın İRNA xəbər agenltiyi məlumat yayıb.
Məlumata əsasən, yanğın "İki qapı" adlı bazarın zinət əşyaları və dəri məmulatları satılan bölməsində başlayıb. Yanğın güclü olduğundan yanğınsöndürənlər yanğını söndürməkdə çətinlik çəkiblər, 100-dən çox mağazaya ziyan dəyib. Mağaza sahibləri öz mallarını mağazalardan çıxarmağa cəhd göstərsələr də, mağazalar da, mallar da yanaraq külə dünüb. Yanğını üç saatdan sonra sündürmək mümkün olub. Dəymiş ziyan haqda dəqiq məlumat yoxdu. Hadisə yerində yanğının baş vermə səbəbləri araşdırılır.