...

Kərkükda baş verən partlayış nəticəsində iki nəfər həlak olub

Dünya xəbərləri Materials 16 Noyabr 2009 19:40 (UTC +04:00)
İraqın şimalında yerləşən Kərkük şəhərində avtomobilin partlaması nəticəsində ən az iki nəfər ölüb, 10-a yaxın insan yaralanıb.
Kərkükda baş verən partlayış nəticəsində iki nəfər həlak olub

İraqın şimalında yerləşən Kərkük şəhərində avtomobilin partlaması nəticəsində ən az iki nəfər ölüb, 10-a yaxın insan yaralanıb. Məlumatı Reuters agentliyi İraq polisinə istinadən yayıb.

Polisdən verilən məlumata görə, ölənlərin sayı arta bilər.

Son dörd ay ərzində İraqda, xüsusilə də neftlə zəngin olan Kərkük şəhərində zorakılıq dərəcəsi xeyli artıb.

ABŞ, koalisiya qüvvələri çıxarıldıqdan sonra Kərkükdə yaşayan ərəb və kürd əhalisi arasındakı problemlərin ölkədə vətəndaş münaribəsinə gətirib çıxaracağından ehtiyat edir.

Kürdlər şəhəri və onun zəngin neft mədənlərini öz əraziləri hesab edirlər və öz muxtariyyətlərinin tərkibinə qatmaq istəyirlər. Lakin onların arzusu şəhərin ərəb və türk əhalisinin baxışı ilə üst-üstə düşmür.

Kərkük əhalisinin mövqeyi parlamentdə seçkilərlə bağlı qanunun qəbul edilməsinə olan maneələrdən biri ilə əlaqədardır. Kərkükün gələcək statusu İraq Parlamenti və hökumətinin gündəliyində dayanan aktual məsələlərdən biri olaraq qalmaqdadır.

Xəbər lenti

Xəbər lenti