...

Rusiyanın energetika naziri bu gün Buşehr nüvə stansiyasına baxış keçirəcək

Dünya xəbərləri Materials 30 Noyabr 2009 11:33 (UTC +04:00)
Rusiyanın energetika naziri Sergey Şmatko bu gün (noyabrın 30-da) İranın Buşehr nüvə stansiyasına baxış keçirəcək. Məlumatı İranın FARS xəbər agentliyi yayıb.
Rusiyanın energetika naziri bu gün Buşehr nüvə stansiyasına baxış keçirəcək

Rusiyanın energetika naziri Sergey Şmatko bu gün (noyabrın 30-da) İranın Buşehr nüvə stansiyasına baxış keçirəcək. Məlumatı İranın FARS xəbər agentliyi yayıb.

Şmatko noyabrın 29-da İrana ikigünlük səfər edib. O, səfər çərçivəsində İran və Rusiya iqtisadi əməkdaşlıq komissiyasının VIII iclasında iştirak edir. İclasda Buşehr nüvə stansiyasının necə və nə vaxt işə başlaması məsələsi, eləcə də neft və qaz, yükdaşımaları, elm və texnika sahəsində əməkdaşlıq məsələləri müzakirə edələcək, bir neçə sənəd imzalanacaq.

İki ölkə arasında iqtisadi əməkdaşlıq komissiyasının sonuncu iclası 2007-ci ilin dekabrında Moskvada keçirilib.

Xəbər lenti

Xəbər lenti