...

Barak Obama Türkiyə və Ermənistan arasındakı əlaqələrin normallaşması prosesini dəstəkləyir

Dünya xəbərləri Materials 7 Dekabr 2009 11:40 (UTC +04:00)
ABŞ Prezidenti Barak Obama Türkiyə və Ermənistan arasındakı əlaqələrin normallaşması prosesini dəstəkləyir, onun Amerikanın Ermənistan Konqresinə, Erməni Ümumxeyriyyə Birliyinə və ABŞ-ın erməni apostol kilsəsinə ünvanlanan məktubunda deyilir, CNN Turk telekanalı bazar günü məlumat verib.
Barak Obama Türkiyə və Ermənistan arasındakı əlaqələrin normallaşması prosesini dəstəkləyir

Azərbaycan, bakı, 06 dekabr/Trend Neüs, müxbir A.Axundov/

ABŞ Prezidenti Barak Obama Türkiyə və Ermənistan arasındakı əlaqələrin normallaşması prosesini dəstəkləyir, onun Amerikanın Ermənistan Konqresinə, Erməni Ümumxeyriyyə Birliyinə və ABŞ-ın erməni apostol kilsəsinə ünvanlanan məktubunda deyilir, CNN Turk telekanalı bazar günü məlumat verib.

"Mən inanıram ki, bu tarixi proses hər iki ölkənin gələcəyi üçün böyük faydadır", - məktubda deyilir.

1915-cu il hadisələrindən danışan Obama hadisəni "XX əsrin ən böyük faciələrindən biri" adlandırıb, lakin yenə də "soyqırım" sözünü işlətməyib.
"Mən onunla razıyam ki, Ermənistan və Türkiyə əlaqələrinin normallaşması şərtsiz və müəyyən vaxt ərzində getməlidir. 10 oktyabrda dövlət katibi Hillari Klinton Türkiyə-Ermənistan protokollarının imzalanma mərasimində ABŞ-ı təmsil etmişdi. Biz əlaqələrin normallaşması üzrə səylə kömək etməyə davam edəcəyik", - Obamanın məktubunda deyilir.

Diplomatik əlaqələri olmayan Türkiyə və Ermənistan oktyabr ayının 10-da Sürixdə "Dilomatik əlaqələrin qurulması haqqında Protokol" və "İkitərəfli əlqaələrin inkişafı haqqında Protokol" imzalayıblar. Protokollar qanuni qüvvəyə malik olmaq üçün hər iki parlamentdə ratifikasiya edilməlidir.

Xəbər lenti

Xəbər lenti