...

İranın İlam əyalətində zəlzələ baş verib

Dünya xəbərləri Materials 8 Dekabr 2009 11:32 (UTC +04:00)
İranın İlam əyalətinin cənubunda Mehran şəhərində Rixter cədvəli üzrə 3.9 bal gücündə zəlzələ baş verib. Məlumatı İranın FARS xəbər agentliyi yayıb.
İranın İlam əyalətində zəlzələ baş verib

İranın İlam əyalətinin cənubunda Mehran şəhərində Rixter cədvəli üzrə 3.9 bal gücündə zəlzələ baş verib. Məlumatı İranın FARS xəbər agentliyi yayıb.

Tehran Geofizika İnstitutu yanında Seysmoloji Mərkəz yeraltı təkanların yerli vaxtla saat 08:56-da baş verdiyini qeyd edib. Seysmoloji Mərkəzin məlumatına əsasən, yeraltı təkanlar əsasən İlam əyalətinin Mehran şəhərində qeydə alınıb. Ölən, yaralanan və dağıntılar barədə hələki məlumat yoxdur.

Bu ilin əvvəlindən İlam əyalətində bir neçə dəfə zəlzələ baş verib. Zəlzələ nəticəsində ölən və yaralanan olmasa da, evlərin divarları çatlayıb və pəncərələri sınıb.

Xəbər lenti

Xəbər lenti