...

İran və Suriya müdafiə sahəsində əməkdaşlığı müzakirə edir

Dünya xəbərləri Materials 10 Dekabr 2009 18:19 (UTC +04:00)
Suriya Prezidenti Bəşşar əl-Əsəd və İranın müdafiə naziri Əhməd Vahidi müdafiə sahəsində əməkdaşlığın vacibliyini vurğulayıblar.
İran və Suriya müdafiə sahəsində əməkdaşlığı müzakirə edir

Suriya Prezidenti Bəşşar əl-Əsədİranın müdafiə naziri Əhməd Vahidi müdafiə sahəsində əməkdaşlığın vacibliyini vurğulayıblar. Məlumatı Press TV yayıb.

Çərşənbə günü əl-Əsəd və Vahidinin görüşü zamanı əlaqələrin, xüsusən də müdafiə sahəsində əlaqələrin genişləndirliməsi və qarşılıqlı maraqları nümayiş etdirən məsələləri özündə birləşdirən bir sıra məsələlər müzakirə olunub.

Əl-Əsəd bildirib ki, iki ölkə arasında müdafiə əlaqələrinin inkişafı "regionda təhlükəsizlk və stabilliyin təmin olunmasına əhəmiyyətli töhfə verə bilər".

Vahidi etiraf edib ki, Tehran və Dəməşq arasında müdafiə sahəsində qüvvələrin birləşdirilməsi şübhəsiz ki, "regionda sülhün bərqərar olmasında müsbət rol oynaya bilər".

Suriyalı həmkarının rəsmi dəvəti ilə səfərdə olan nümayəndə heyətinə İran naziri rəhbərlik edib.

Vahidinin səfəri İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlilinin Dəməşqə olan rəsmi səfərindən bir həftə sonra təşkil edilib.

Cəlili rəsmi səfər zamanı Prezident əl-Əsəd və xarici işlər naziri Valid əl-Müəllimlə görüşüb.

Xəbər lenti

Xəbər lenti