...

Musəvidən şikayətçi olan parlament nümayəndələri İranın Məhkəmə Sisteminin rəhbəri ilə görüşəcəklər

Dünya xəbərləri Materials 11 Dekabr 2009 14:16 (UTC +04:00)
Prezidentliyə sabiq namizəd Mir Hüseyn Musəvidən şikayətçi olan İran Parlamentinin 144 nümayəndəsindən bir neçə nəfəri gələn həftə İranın Məhkəmə Hakimiyyətinin (sisteminin) sədri Ayətullah Amoli Laricani ilə görüşərək, şikayətləri ilə bağlı müzakirə aparacaq.
Musəvidən şikayətçi olan parlament nümayəndələri İranın Məhkəmə Sisteminin rəhbəri ilə görüşəcəklər

Azərbaycan, Bakı, 11 dekabr / Trend /

Prezidentliyə sabiq namizəd Mir Hüseyn Musəvidən şikayətçi olan İran Parlamentinin 144 nümayəndəsindən bir neçə nəfəri gələn həftə İranın Məhkəmə Hakimiyyətinin (sisteminin) sədri Ayətullah Amoli Laricani ilə görüşərək, şikayətləri ilə bağlı müzakirə aparacaq. Bu barədə Trend İranın FARS xəbər agentliyinə istinadən məlumat yayıb.

Məlumata əsasən, həmin görüşdə parlament nümayəndələri Musəvinin barəsində obyektiv qərar qəbul edilməsi ilə bağlı danışıq aparacaqlar. Bundan öncə də bir neçə parlament nümayəndəsi prezidentliyə sabiq namizəd Musəvidən etdikləri şikayət ilə bağlı Tehran şəhər prokuroru ilə görüşmək istədiyini bildirmişdi.

İyunun 12-də keçirilən prezident seçkilərində İranın hazırkı Prezidenti Mahmud Əhmədinejat səslərin 62,63 faizini, onun əsas rəqibi keçmiş Baş nazir Mir Hüseyn Musəvi isə 33,75 faiz səs toplayıb. Musəvi seçkilərin nəticələrinin rəsmi şəkildə elan olunmamasından öncə öz qələbəsi barədə məlumat verib. Sonradan isə höküməti səsvermənin nəticələrinin saxtalaşdırmaqda günahlandırıb.Seçkilərin nəticələrindən narazı qalanların etiraz aksiyası polislə müxalifət tərəfdarları arasında toqquşmaya səbəb olub. Qarşıdurnalar zamanı Tehranda 27 həlak olub və 1000-dən çox şəxs isə həbs olunub.

Xəbər lenti

Xəbər lenti