İranın Sepah hərbi-dəniz bölmələri Hörmuz boğazında təlimlər aparacaq

Dünya xəbərləri Materials 5 Yanvar 2010 17:22 (UTC +04:00)

"Yanvarın sonunda Fars körfəzində Hörmuz boğazında hərbi-dəniz təlimləri planlaşdırılır", İranın Sepax hərbi-dəniz bölməsinin komandiri admiral Murtaza Səfəri deyib. Ilna agentliyi bu haqda məlumat yayıb.

"Yaxın Şərqdə vəziyyətin qeyri-stabil olduğuna görə, İranın hərbi gücünün artırılmasına zəruriyyət yaranır. Bu məqsədlə də İran Fars və Hörmuz körfəzlərində hərbi-dəniz təlimləri keçirəcək", - o deyib.

Həmçinin təlim zamanı İranın yeni hərbi texnikası təcrübədən keçiriləcək, o deyib.

Əvvəllər Menr agentliyi İranın Silahlı Qüvvələrinin quru qoşunlarının komandiri briqada generalı Əhmədrza Purdəstana istinadən məlumat vermişdi ki, fevralın əvvəllərində genişmiqyaslı hərbi quru təlimləri keçiriləcək.

Xəbər lenti

Xəbər lenti