...

İran İstanbulda Əfqanıstana dair keçiriləcək iclasda iştirak edəcək

Dünya xəbərləri Materials 13 Yanvar 2010 17:23 (UTC +04:00)

Türkiyənin Xarici İşlər Naziri Əhməd Davudoğlu bildirib ki, yanvar ayının 26-da İran, Çin Fars körfəzi ölkələrinin iştirakı ilə İstanbulda Əfqanıstana dair iclas keçiriləcək. Bu barədə İranın İSNA xəbər agentliyi məlumat yayıb.

Davudoğlu əlavə edib ki, yanvar ayının 25-də Əfqanıstan , Pakistan və Türkiyə ölkələrinin görüşü keçiriləcək və yanvarın 26-da isə İran, Çin və Fars körfəzi ölkələrinin iştirakı ilə Əfqanıstana dair iclas İstanbulda öz işinə başlayacaq.

Xəbər lenti

Xəbər lenti