...

İranın Firuzkuh şəhərində baş vermiş zəlzələdə 5 nəfər yaralanıb (YENİLƏNİB)

Dünya xəbərləri Materials 20 Yanvar 2010 14:53 (UTC +04:00)
İranın Qırmızı Aypara Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Hadi Behdad bildirib ki, bu gün səhər Firuzkuh şəhəri yaxınlığında Rixter cədvəli üzrə 4,2 və 3,9 bal gücündə iki zəlzələ baş verib və zəlzələ nəticəsində 5 nəfər yaralanıb.
İranın Firuzkuh şəhərində baş vermiş zəlzələdə 5 nəfər yaralanıb (YENİLƏNİB)

İranın Qırmızı Aypara Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Hadi Behdad bildirib ki, bu gün səhər Firuzkuh şəhəri yaxınlığında Rixter cədvəli üzrə 4,2 və 3,9 bal gücündə iki zəlzələ baş verib və zəlzələ nəticəsində 5 nəfər yaralanıb. Məlumatı İranın İRNA xəbər agentliyi yayıb.

Tehran Universitetinin Geofizika İnstitutu yanında Seysmoloji Mərkəz birinci zəlzələnin yerli vaxtla saat 08:56-da, ikincinin isə 6 dəqiqə sonra baş verdiyini qeyd edib.

Behdad əlavə edib ki, hazırda dəymiş ziyan hesablanır. "Şəhərdə güclü dağıntıların olması barədə məlumat daxil olmayıb, bəzi evlərin divarlarında çatların yarandığını bildirən bir neçə məlumat var", - Behdad deyib.

Firuzkuh şəhəri paytaxt Tehranın şimal-şərqində yerləşir.

Xəbər lenti

Xəbər lenti