...

Livanda təyyarə qəzasında həlak olanlara görə milli matəm elan edilib

Dünya xəbərləri Materials 25 Yanvar 2010 13:44 (UTC +04:00)

Livanda təyyarə qəzasında həlak olanlara görə milli matəm elan edilib

Bu gün səhər baş verən təyyarə qəzasında həlak olanlara görə Livan hökuməti bazar ertəsi milli matəm elan edib.

Bu gün səhər baş verən təyyarə qəzasında ölənlərə görə Livan höküməti bazar ertəsi milli matəm elan edib. Bu barədə AlArabiya televiziya kanalı məlumat verir.

Beyrut-Əddis Əbəbə istiqamətində uçan Livanın Name kəndinin sahillərində qəzaya uğramış təyyarədə 90 nəfər - 82 sərnişin və səkkiz ekipaj üzvü olub. Sərnişinlər arasında 54 Livan vətəndaşı, 22  Həbəşistan vətəndaşı, həmçinin Böyük Britaniya, Rusiya, Kanada, Fransa, İraq və Suriya vətəndaşları olub. Bu barədə Reyters agentliyi məlumat verir

Həmçinin təyyarədə Fransanın Livandakı səfirinin xanımı Marla Sançez Pette olub.

Həbəşistan hava yolları şirkətinə (Ethiopian Airlines) məxsus bugün səhər Beyrutdan (Livan) Həbəşistan paytaxtı Əddis Əbəbə şəhərinə uçan təyyarə Aralıq dənizinə düşüb.

Livan xilasediciləri təyyarənin qalıqlarını və iki cəsəd tapıblar.

Həbəşistan hava yolları şirkətinə məxsus qəzaya uğrayan Boyinq 737 təyyarəsi uçduqdan beş dəqiqə sonra radardan itib. İlkin məlumatlara əsasən, qəzanın səbəbi pis hava şəraiti olub.

Xəbər lenti

Xəbər lenti