...

Özbəkistanlı Ravşan İrmatov CAR-da keçiriləcək futbol üzrə Dünya Çempionatının oyunlarında xidmət edəcək

Dünya xəbərləri Materials 8 Fevral 2010 20:32 (UTC +04:00)
Asiyada 2008-2009-cu illərdə ən yaxşı futbol hakimi özbəkistanlı Ravşan İrmatov Cənubi Afrika Respublikasında 2010-cu il Dünya Çempionatında xidmət edəcək hakimlər sırasına daxil olub.

Özbəkistan, Daşkənd, 08 fevral / Trend , müxbir D.Əzizov/

Asiyada 2008-2009-cu illərdə ən yaxşı futbol hakimi özbəkistanlı Ravşan İrmatov Cənubi Afrika Respublikasında 2010-cu il Dünya Çempionatında xidmət edəcək hakimlər sırasına daxil olub.

Ona həmyerlisi Rafael İlyasov, həmçinin Qırğızıstan referisi Bahadır Kuçkarov kömək edəcəklər. Cənubi Afrika Respublikasına 28 ölkəni təmsil edən 30 hakim yollanacaq. Ravşan İrmatov MDB və Baltikyanı ölkələrindən Dünya Kubokunun hakimləri siyahısına düşən yeganə arbitrdir.

33 yaşlı Ravşan İrmatov bir çox nüfuzlu yarışlarda hakim qismində iştirak edib. Xüsusilə də o, 2007-ci ildə gənclər arasındakı çempionatda, 2007 və 2009-cu illərdə yeniyetmələr arasındakı çempionatda, 2008-ci ildə isə dünya klub çempionatında hakimlik edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti