...

Bu gün İranda İslam İnqilabının 31-ci ildönümü münasibəti ilə mitinqlər keçirilir

Dünya xəbərləri Materials 11 Fevral 2010 10:10 (UTC +04:00)

İranının bütün şəhərlərində İslam İnqilabının 31-ci ildönümü münasibəti ilə mitinqlər keçirilir. Bu barədə MEHR xəbər agentliyi məlumat yayıb.

Məlumata əsasən, mitinqlər eyni vaxtda İranın 818 şəhər, qəsəbəsində və 4 min kəndində keçirilir.

Mitinqlər, eləcədə, paytaxt Tehranda geniş miqyasda keçirilir. Paytaxtın 7 xiyabanından mitinq iştirakçıları Azadlıq meydanına tərəf yürüş edirlər. Mitinqlərdə "İstiqlal, Azadlıq, İslam Respublikası", "Amerikaya ölüm", "İsrailə ölüm" kimi şüarlar səsləndirilir.

Paytaxtdakı mitinq sonunda qətnamə oxunacaq və İran Prezidenti Mahmud Əhmədinejad çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti