...

Türkiyənin XİN rəhbəri ABŞ Dövlət Katibinin müavini ilə görüşüb

Dünya xəbərləri Materials 19 Fevral 2010 11:19 (UTC +04:00)
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu cümə axşamı Ankarada ABŞ-ın Dövlət Katibinin siyasi işlər üzrə müavini Ulyam Bernsla görüşüb. Bu barədə Türkiyə XİN-in mətbuat katibi Burak Ozuqergin Anadolu agentliyinə bildirib.
Türkiyənin XİN rəhbəri ABŞ Dövlət Katibinin müavini ilə görüşüb

Azərbaycan, Bakı, 19 fevral / Trend , müxbir A.Axundov/

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu cümə axşamı Ankarada ABŞ-ın Dövlət Katibinin siyasi işlər üzrə müavini Ulyam Bernsla görüşüb. Bu barədə Türkiyə XİN-in mətbuat katibi Burak Ozuqergin Anadolu agentliyinə bildirib.

Onun sözlərinə əsasən, Davudoğlu bu yaxınlarda İrana səfəri barədə Bernsə məlumat verib.

"Əhməd Davudoğlu ABŞ-dan diplomatik kanallar vasitəsilə həllər axtarmağı xahiş edib", - o bildirib.
 
Əhməd Davudoğlu həmçinin ABŞ Dövlət Katibi Hillari Klinton və onun müavini Uilyam Berns ilə görüşdükdən sonra iranlı həmkarı Mənuçöhr Müttəki ilə telefon danışığı aparıb.

Xəbər lenti

Xəbər lenti