...

Türkiyədə keçmiş ordu generalının evində axtarışlar aparılıb

Dünya xəbərləri Materials 22 Fevral 2010 14:46 (UTC +04:00)
Türkiyədə iddia edilən BALYOZ (gürz) hərbi çevriliş planının ifşa olunmasından sonra bu gün keçmiş ordu generalı Çetin Doğanın evində axtarışlar başlayıb. Bu haqda Türkiyənin ANADOLU informasiya agentliyi məlumat verib.
Türkiyədə keçmiş ordu generalının evində axtarışlar aparılıb

Türkiyədə iddia edilən BALYOZ (gürz) hərbi çevriliş planının ifşa olunmasından sonra bu gün keçmiş ordu generalı Çetin Doğanın evində axtarışlar başlayıb. Bu haqda Türkiyənin ANADOLU informasiya agentliyi məlumat verib.

Trend -un arayışı: Türkiyənin iqtidaryönlü "TARAF" qəzetinin iddiasına görə, Türkiyə Silahlı Qüvvələri ölkə hakimiyyətini devirmək üçün "Balyoz" adlı xüsusi plan hazırlayıb. Hazırlanan plana əsasən, İstanbuldakı "Fatih Camisi" və "Bəyazid" məscidlərini cümə namazı zamanı partlatdıqdan, ölkənin hərbi muzeyinə hücum təşkil etdikdən, Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus bir neçə qırıcı təyyarəni partladaraq bunu yunan tərəfinin üzərinə atdıqdan sonra Türkiyə Silahlı Qüvvələri ölkədə yaranacaq xaosdan istifadə edərək hakimiyyəti devirəcəkdi. Qəzetin iddiasına görə, planın hazırlanmasında və həyata keçirilməsində Türkiyə Silahlı Qüvvələrinin sabiq generalı Çetin Doğanın imzası var və plan 2002-2003-cü illərdə hazırlanıb. İddiaya görə, Türkiyədə hərbi çevrilişdən sonra kütləvi həbslər başlanmalı idi.

Xəbər lenti

Xəbər lenti