...

Türkiyədə daha səkkiz hərbçi dövlət çevrilişinə hazırlıq ittihamı ilə həbs edilib

Dünya xəbərləri Materials 25 Fevral 2010 10:53 (UTC +04:00)
Üçü istefada olan səkkiz türk zabiti çərşənbə günü axşam məhkəmənin qərarı ilə dövlət çevrilişinə hazırlıq ittihamı ilə həbs olunub. Bu barədə Cihan agentliyi məlumat verib.
Türkiyədə daha səkkiz hərbçi dövlət çevrilişinə hazırlıq ittihamı ilə həbs edilib

Üçü istefada olan səkkiz türk zabiti çərşənbə günü axşam məhkəmənin qərarı ilə dövlət çevrilişinə hazırlıq ittihamı ilə həbs olunub. Bu barədə Cihan agentliyi məlumat verib.

Həbs olunan hərbiçilər arasında istefada olan General- Leytenant Mətin Yavuz Yalçın və istefada olan kontr-admiral İzzət Ocak olub. Beləliklə dövlət çevrilişi haqqında işlər üzrə həbs edilən hərbçilərin sayı iyirmiyə çatıb.

Rəcəb Tayyip Erdoğan hökumətinin əsasən ordu və məhkəmə orqanalarından ibarət olan dünyəvilik tərəfdarlarına qarşı münasibətini kəskinləşdirən istintaq yanvar ayında "Taraf" qəzetində bir sıra qalmaqal doğuran məqalənin çap olunmasından sonra başlanılıb. Nəşrdə xüsusilə qeyd olunub ki, Türkiyə böyük nüfuza malik olan və 1960-cı ildən bəri üç dəfə dövlət çevrilişi törədən ordu "Gürz planı" hazırlayıb. Plan ölkədə gərginliyin artırılması, İstanbulun iki məscidində partlayışların təşkili və fövqəladə vəziyyətin yaradılmasını nəzərdə tutub. Bu barədə RİA Novosti yazır.

Qazetin məlumatına əsasən, bir müddət öncə Ərdoğan hökumətini devirmək məqsədilə sui-qəsddə ittiham olunan "Ergenekon təşkilatı"nın işi üzrə hay-küylü sənədlərin müəllifi yüksək rütbəli hərbçilərdir.

Xəbər lenti

Xəbər lenti