...

ABŞ dəniz donanmasının John Hall gəmisi Batumi limanına daxil olacaq

Dünya xəbərləri Materials 1 Mart 2010 11:02 (UTC +04:00)
Martın 1-də ABŞ dəniz donanmasının John Hall gəmisi Batumi limanına daxil olacaq. Bu barədə ABŞ-ın Gürcüstandakı səfirliyi məlumat yayıb.
ABŞ dəniz donanmasının John Hall gəmisi Batumi limanına daxil olacaq

Trend-i buradan izləyin

Gürcüstan, Tbilisi, 01 mart / Trend , müxbir N.Kirsxaliya/

Martın 1-də ABŞ dəniz donanmasının John Hall gəmisi Batumi limanına daxil olacaq. Bu barədə ABŞ-ın Gürcüstandakı səfirliyi məlumat yayıb.

"Qlobal dəniz əməkdaşlığı" çərçivəsində ABŞ-ın altıncı donanması dəniz əlaqəsi təhlükəsizliyinin möhkəmləndirilməsi məqsədilə Qara dəniz hövzəsi ölkələri ilə əməkdaşlığı davam etdirir. ABŞ dəniz donanması gəmilərinin Qara dənizə müntəzəm səfərləri Birləşmiş Ştatların regional sabitliyə yardım göstərmək istəyindən xəbər verir.

John Hall gəmisinin ekipajı Gürcüstanın sahil mühafizənin şəxsi heyəti ilə birgə təlimlər keçirəcək. Təlimlərdə məqsəd axtarış və xilasetmə işlərinin təkmilləşdirilməsi, gəmilərin axtarışı və abordajı, həmçinin gəmilərdə zədələrə nəzarətdir.

John Hall - Oliver Hazard Perry dərəcəli freqatdır. Gəmi ABŞ Dəniz Donanması Akademiyasının tarixində ən yaxşı atletlərdən biri olan admiral kiçik Con Lesli Holun şərəfinə adlandırılıb. Holl İkinci dünya müharibəsi zamanı görkəmli hərbi başçı olub.

John Hall gəmisi suya 1982-ci il iyunun 26-da buraxılıb və tezliklə "məğlubedilməz gəmi" adını qazanıb. John Hall Meyportda yerləşir.

Xəbər lenti

Xəbər lenti