...

Türkiyənin Baş naziri BMT mükafatına layiq görülüb

Dünya xəbərləri Materials 2 Mart 2010 10:39 (UTC +04:00)
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bazar ertəsi BMT-nin Məskunlaşma Proqramının (BMT Habitat) mükafatına layiq görülüb. Mükafat Livanın mərhum Baş naziri Rafiq Həririnin şərəfinə təsis edilib.
Türkiyənin Baş naziri BMT mükafatına layiq görülüb

Trend-i buradan izləyin

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bazar ertəsi BMT-nin Məskunlaşma Proqramının (BMT Habitat) mükafatına layiq görülüb. Mükafat Livanın mərhum Baş naziri Rafiq Həririnin şərəfinə təsis edilib.

Ərdoğan BMT-Habitat mükafatına İstanbul meri olarkən yaşayış məntəqələri məsələsi üzrə təşkil etdiyi beynəlxalq konfrans zamanı "liderliyə, dövlət işlərini məharətlə idarə etməyə və lazımi idarəetməyə" görə təltif edilib.

BMT-Habitat-ın icraçı direktoru Anna Tibaycukanın sözlərinə görə, mükafat türkiyəli Baş nazirə Ümumdünya şəhərlər forumunda təqdim olunacaq. Forum martda Rio-de-Janeyroda keçiriləcək.

Xəbər lenti

Xəbər lenti