...

Əgər adada sabitlik yaradılarsa, Türkiyə Kiprdən ordularını çıxarmağa hazırdır - Baş nazir

Dünya xəbərləri Materials 2 Mart 2010 16:24 (UTC +04:00)
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Kipr nəşriyyatına müsahibəsində bildirib ki, əgər adada sabitlik bərpa olunarsa, Türkiyə Kiprdən türk ordusunun çıxarılmasına hazırdır.
Əgər adada sabitlik yaradılarsa, Türkiyə Kiprdən ordularını çıxarmağa hazırdır - Baş nazir

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Kipr nəşriyyatına müsahibəsində bildirib ki, əgər adada sabitlik bərpa olunarsa, Türkiyə Kiprdən türk ordularının çıxarılmasına hazırdır. Məlumatı CNN Türk saytı yayıb.

"Qoy, heç kim Türkiyənin səmimiyyətinə şübhə etməsin", - Ərdoğan deyib.

Kipr 1974-cü ilədək adada vahid müstəqil dövlət mövcud idi. Kiprli yunanların "Enosis" adı verilən və Kiprin Yunanıstana birləşdirilməsini nəzərdə tutan planı həyata keçirməyə başlamasından sonra Türkiyənin hərbi müdaxiləsi ilə Kiprin türklər yaşayan hissəsində müstəqil Şimali Kipr Türk Respublikası quruldu. Lakin bu dövlət təkcə Türkiyə tərəfindən tanınır.

Xəbər lenti

Xəbər lenti