...

Ağ Ev Türkiyə və Ermənistanı keçmişlə deyil, indi ilə yaşamağa çağırır

Dünya xəbərləri Materials 3 Mart 2010 14:03 (UTC +04:00)
Ağ Evin rəsmi nümayəndəsi Maykl Hammer Osmanlı imperiyasında 1915-ci il erməni hadisələrinə prezident Barak Obamanın mövqeyini bildirib." Ağ Ev Türkiyə və Ermənistanı tarixi hadisələrə qayıtmamağa və bu günlə yaşamağa çağırıb", - Hammer bildirib. Bu barədə Türkiyənin Milliyet qəzeti məlumat verib.
Ağ Ev Türkiyə və Ermənistanı keçmişlə deyil, indi ilə yaşamağa çağırır

Ağ Evin rəsmi nümayəndəsi Maykl Hammer Osmanlı imperiyasında 1915-ci il erməni hadisələrinə prezident Barak Obamanın mövqeyini bildirib." Ağ Ev Türkiyə və Ermənistanı tarixi hadisələrə qayıtmamağa və bu günlə yaşamağa çağırıb", - Hammer bildirib. Bu barədə Türkiyənin Milliyet qəzeti məlumat verib.

ABŞ Konqresinin xarici əlaqələr üzrə komitəsinin sədri Qovard Berman "Erməni soyqırımı" haqqında qanunun martın 4-də müzakirəyə çıxarılmasını təklif edib.

Ermənistan və erməni lobbisi bildirir ki, Türkiyənin sələfi - Osmanlı imperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım həyata keçirib. Bu faktın bütün dünyada tanınmasını istəyən ermənilər dünya ölkələrində "soyqırım" təbliğatını gücləndirərək onun bəzi dövlətlərin parlamentləri tərəfindən tanınmasına nail olublar.

Xəbər lenti

Xəbər lenti