...

Türkiyə Ermənistan ilə imzalanan protokollardan imtina edə bilər - deputat

Dünya xəbərləri Materials 5 Mart 2010 14:23 (UTC +04:00)
Türkiyə parlamentinin deputatı Şükrü Ələkdağ bəyan edib ki, ABŞ-ın Nümayəndələr Palatasının Xarici işlər üzrə komitəsinin qəbul etdiyi qətnamədən sonra Türkiyə ermənilər ilə imzalanan protokolları ləğv edə, yaxud Ermənistan Konstitusiya Məhkəməsindən nümunə götürərək sənədin mətnində dəyişiklik edə bilər.
Türkiyə Ermənistan ilə imzalanan protokollardan imtina edə bilər - deputat

Türkiyə parlamentinin deputatı Şükrü Ələkdağ bəyan edib ki, ABŞ-ın Nümayəndələr Palatasının Xarici işlər üzrə komitəsinin qəbul etdiyi qətnamədən sonra Türkiyə ermənilər ilə imzalanan protokolları ləğv edə, yaxud Ermənistan Konstitusiya Məhkəməsindən nümunə götürərək sənədin mətnində dəyişiklik edə bilər. Bu barədə CNN Turk yazır.

Türkiyə parlamentinin Xarici əlaqələr komitəsinin sədri Murat Mecanın rəhbərlik etdiyi Türkiyə nümayəndə heyətinin üzvü Ələkdağ Vaşinqtonda keçirilən mətbuat konfransında bildirib ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsində qondarma "erməni soyqırımı" haqqında qətnamənin qəbul olunması "Türkiyə-Amerika münasibətlərinə güclü zərbə vurub".

ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici işlər komitəsi cümə axşamı keçirdiyi iclasda 23 səs lehinə, 22 səs əleyhinə olmaqla qondarma "erməni soyqırımı"nın tanınmasına dair qətnamə qəbul edib.

Ələkdağ bildirib ki, bundan sonra Ankara Türkiyə-erməni protokollarına öz düzəlişlərini edə bilər.

"Bu gündən etibarən protokollar əvvəlki statusunu itirib", - türkiyəli deputat bildirib.

2009-cu il oktyabrın 10-da Türkiyə və Ermənistanın xarici işlər nazirləri Əhməd Davudoğlu və Edvard Nalbandyan tərəfindən diplomatik münasibətlərin qurulmasına dair protokollar imzalanıb. Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Moskvaya rəsmi səfərindən sonra Ankarada verdiyi açıqlamada bildirmişdi ki, bəzilərinin Türkiyə-Ermənistan əlaqələrinin Dağlıq Qarabağ problemindən ayrı olmasını söyləməsinə baxmayaraq, bu proses Dağlıq Qarabağ probleminin həlli ilə birbaşa əlaqəlidir.

Xəbər lenti

Xəbər lenti